Menu

“Sağ sektor“-un liderini milis əməkdaşları öldürüb

25.03.2014, 14:39
“Sağ sektor“-un liderini milis əməkdaşları öldürüb

Xəbər verildiyi kimi, Ukraynanın Rovno şəhərinin yaxınlığında millətçi “Sağ sektor“-un liderlərindən biri olan “Saşko Belıy” ləqəbli Aleksandr Muzıçkonun cəsədi yol kənarında tapılıb. Mətbuatın verdiyi məlumata görə, Muzıçko qandallanaraq ürəyindən iki dəfə güllə ilə vurulub. ”Sağ sektor” aktivistləri isə bu cinayətin Ukraynanın Daxili İşlər Naziri Arsen Avakov tərəfindən törədildiyini bildirirlər.

Ukrayna Daxili İşlər Nazirinin birinci müavini Vladimir Yevdokimov hadisə ilə əlaqədar məlumat verərək deyib ki, mütəşəkkil cinayətkar qrupun saxlanılması zamanı A.Muzıçko hüquq-mühafizə orqanlarının nümayəndələrinə atəş açıb. Onun sözlərinə görə, hadisə yerindən qaçmağa cəhd edən Muzıçkonun ayağından vurmağa çalışan milis əməkdaşlarından biri onun açdığı atəş nəticəsində yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol