Sergey Lavrov və Con Kerri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib. "Report"un məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, telefon danışığında münaqişənin sülh yolu ilə həlli vasitələri, habelə ATƏT-in Minsk Qrupunun növbəti mərhələdə atacağı addımlar diqqət mərkəzində olub.


Şərhlər