Aşağı neft qiymətləri və yüksək borc öhdəlikləri Səudiyyə Ərəbistanını maliyyə böhrana salacağı deyilir.
PointState Capital-ın İcraçı Direktoru Zach Schreiber 2 il əvvəl, neft böhranının baş verəcəyi ilə bağlı investorlara xəbərdarlıq etmişdi.
Scheiber indi də Səudiyyə Ərəbistanında maliyyə böhranın baş verdiyini bildirir.
CNNMoney-in xəbərinə görə, neft qiymətləri 100 dollar ikən böhran xəbəri verən Schreiber, bu doğru proqnozu nəticəsində şirkətinə 1 milyard dollar qazandırmağı bacarıb. Schreiber-ın təxmin etdiyi kimi neft ötən Yanvar ayında 26 dollara qədər gerilədi və neft istehsalçısı ölkələrin başını ağrıtdı. Səudiyyə Ərəbistanı bu vəziyyətin nəticəsində xərclərini azaltmağa başladı və 21 ildir vəzifədə olan neft naziri Əli Naimini işdən azad etdi.
Schreibere görə, vəziyyət getdikcə pisləşəcək. "Səudiyyə Ərəbistanının "divara dəyməsinə" 2-3 il var" deyən Schreiber, ölkənin iflas edəcəyini bildirib. Schreiber yüksək borc öhdəlikləri və ucuz neft ilə əlaqədar olaraq ölkənin borclarla məşğul olmaq məcburiyyətində qalacağını vurğulayıb. /"Marja"


Şərhlər