Ukraynada səfərdə olan ATƏT-in Milli azlıqlar üzrə Ali Komissarı Astrid Tors ölkənin Rusiya ilə sərhəddə iri şəhəri olan Luqanskda azərbaycanlı, rus, gürcü, erməni və digər keçmiş sovet ölkələrindən olan millətləri təmsil edən diaspor nümayəndələri ilə görüş keçirib.
Bunu APA-ya açıqlamasında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Luqansk vilayəti üzrə sədr müavini Elman Həsənov bildirib.
E.Həsənov qeyd edib ki, görüş vilayət qubernatorluğunun binasında baş tutub və görüş zamanı ATÇƏT rəsmisi vilayətdə yaşayan etnik xalqların, xüsusilə də keçmiş SSRİ ölkələrindən olan millətlərin bu vilayətdə yaşayış vəziyyəti ilə maraqlanıb: «Görüş zamanı Astrid Tors daha çox rusların, azərbaycanlıların, gürcülərin, ermənilərin və MDB ölkələrindən olan digər millətlərin burada təzyiqə məruz qalıb-qalmaması, etnik münasibətlər və sair məsələlərlə maraqlanıb. Təbii ki, biz cavablarımızda ona burada hər şeyin qaydasında olduğunu və nəinki heç bir təzyiqə məruz qalmadığımızı, ümumiyyətlə bu vilayətdə etnik münasibətlərin normal olduğunu çatdırdıq».


Şərhlər