Menu

Yalnız qulağı çərtilmiş heyvanları alın - Tövsiyə

10.05.2016, 14:57
Yalnız qulağı çərtilmiş heyvanları alın - Tövsiyə

Kənd Təsərrüfatı Nazirliyi vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir ki, brusellyoz xəstəliyindən qorunmaq üçün çiy süd və ondan hazırlanmış məhsullardan istifadə etməmək, heyvan alarkən isə göz damcısı üsulu ilə peyvəndləndiyi bildirilən qulağı çərtilmiş heyvan almaq lazımdır.

Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, artıq heyvanların brusellyoz xəstəliyinə qarşı peyvəndlənməsinə start verilib. Heyvanlar “Rev-1” vaksini ilə peyvəndlənir. Bu vaksin göz damcısı formasında tətbiq edilir. “Rev-1” vaksini inyeksiya və göz damcısı formasında mövcuddur. İnyeksiya formasında işlədilən “Rev-1” vaksini heyvanlara 2 il müddətində immunitet qazandırır, lakin boğaz heyvanlarda balasalma riski yüksək olur.

Nazirlikdən qeyd ediblər ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihəsi çərçivəsində alınan “Rev-1” göz damcısı vaksini İordaniyanın “Jovak” şirkəti tərəfindən istehsal olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol