Rəsmi Tehran S-300 sistemlərinin İrana gətirildiyini bildirib.
“İran S-300 Hava Hücumundan Müdafiə sistemini alıb”. Ans press-in məlumatına görə, bu sözləri İranın müdafiə naziri Hüseyn Dehqan deyib.
O deyib ki, İran ölkə daxilində oxşar iş prinsipli layihələr hazırlayır. "Biz artıq S-300 sistemlərini istifadəyə vermişik. 2016-2017-ci illər ərzində digər layihələr də reallaşdırılacaq", - deyə Hüseyn Dehqan bildirib.
İran Rusiyadan Azərbaycan ordusundakı tanklardan alır
Tehran həmçinin Moskvadan Su-30SM qırıcılarının və T 90 tanklarının alınması məsələsini müzakirə edir. Bu məsələnin aprelin 26-28-də Moskvada keçirilən Təhlükəsizlik Konfransında Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Hüseyn Dehqan arasında müzakirə olunduğu bildirilir.
Həmçinin iki ölkə arasında 2007-ci ildə S-300-lərin çatdırılması barədə 900 milyon dollarlıq müqavilə imzalanıb. Lakin BMT təhlükəsizlik Şurasının 9 iyun 2010-cu ildə qəbul etdiyi qətnamədən sonra İranla hərbi texniki əməkdaşlığa son qoyulub.
S-300-lərin İrana çatdırılması ilə bağlı qadağanı Rusiya tərəfi ancaq ötən ilin aprelində aradan qaldıra bilib.
İyun ayında Rusiya prezidenti Vladimir Putinin hərbi texniki sahədə əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bəyan edib ki, Moskva və Tehran müqavilələri hazırlayır. O vurğulayıb ki, sistemə dəyişikliklər edilib və onun taktiki-texniki xarakteristikası yaxşılaşdırılıb. Noyabrda isə “Rostex” dövlət şirkəti artıq qərarın qüvvəyə mindiyini bəyan edib.
Rusiya istehsalı S-300 sistemləri
S-300 iri sənaye, hərbi və inzibati obyektlərin hava-kosmik zərbələrindən müdafiəsi üçün tətbiq olunur. Ballistik və aerodinamik hədəfləri vurmağa imkan verir, əvvəlcədən koordinatları məlum olan yer üzərindəki obyektləri məhv etmək gücünə malikdir. İlk çoxkanallı zenit raket sistemi kimi eyni zamanda 6 hədəfi izləyə və onun hər birinə 12 raket tuşlaya bilir.




Şərhlər