Menu

Azərbaycanda 78 min qaçaq siqaret aşkarlandı

12.05.2016, 11:50

siqaretSiqaretləri Tovuz Gömrük İdarəsinin işçiləri tapıblar.

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib. Gömrük Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Tovuzda müxtəlf markalı siqaretlər aşkar edilib.

Aşağı keyfiyyətli alkoqollu içkilərin, tütün məmulatlarının bazara daxil olmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaq, habelə bu sahədə qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məqsədilə gömrük orqanları tərəfindən mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 78 200 ədəd müxtəlf markalı siqaretlər aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol