Menu

Adam bıçaqlayan şəxsə hökm oxunub

12.05.2016, 13:55

mehkeme-cekic-hokmBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Xəyal Talıbzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə X. Talıbzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən qəsəbə sakini Abbas Muradov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Xəyal Talıbzadə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol