Rusiya Serj Sarkisyan və İlham Əliyevin görüşünü dəstəkləyir.
Rusiya Dağlıq Qarabağ münaqişənin deeskalasiyası (gərginliyin azaldırlması) üzrə istənilən addımları dəstəkləyir.
Ans press-in məlumatına görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycana və Ermənistan prezidentlərinin görüşü barədə xəbərə münasibət bildirərkən deyib.
O, deyib ki, Moskva Bakı və İrəvanın münaqişənin həllində kompromis əldə edilməsi üçün dialoqa qayıtmaq addımlarını alqışlayır.

Şərhlər