Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev barəsində səslənən “nurçu ittihamları”na cavab verib. Elman Abdullayev “Azadlıq”a açıqlamasında deyib ki, bu ittihamların heç bir əsası yoxdur. “Mən artıq bu barədə danışmaq istəmirəm. Bu ittihamlar əsassız və absurddur”, - deyə o, bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Elman Abdullayevin da tutduğu vəzifədən azad ediləcəyi barədə məlumat yayılmışdı. Həmin məlumatda iddia edilirdi ki, Elman Abdullayev nurçu olduğu iddia edilən Prezident Administrasiyasının keçmiş şöbə müdiri Elnur Aslanovun yaxın qohumudur və Misirdə təhsil alarkən nurçuların lideri Fətullah Gülənin “Hizmət hərəkatı”na daxil olub.


Şərhlər