Menu

Bakıda uşaq 12-ci mərtəbədən düşdü

12.05.2016, 16:23
Bakıda uşaq 12-ci mərtəbədən düşdü

Hadisə zamanı onun valideynləri yatmış olub.

Bakıda bədbəxt hadisə baş verib. Azyaşlı eyvandan yıxılaraq ölüb. Nizami Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Qara Qarayev 81 B, ünvanında yərləşən hündürmərtəbəli binalardan birində yaşayan Rüstəm Vəliyevin 2013-cü il təvəllüdlü oğlu İsa Rüstəm oğlu Vəliyev valideynləri yatdığı vaxt yuxudan oyanaraq yaşadıqları 12-ci mərtəbənin eyvanına çıxıb və oradan yıxılar. Ağır bədən xəsarətləri alan azyaşlı hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, hadisə baş verən vaxt ərazidə olan insanlar uşağın valideynlərini tapa bilməyiblər. Daha sonra məlum olub ki, valideynlər hər ikisi hadisə zamanı yatıbmış.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Paytaxtda oxşar bədbəxt hadisə bir neçə ay əvvəl də təkrarlanıb. Hadisə Abşeron rayonunun Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış sahəsində qeydə alınıb.

Dörd yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılıb və hadisə yerində də dünyasını dəyişib.

Daha əvvəl isə belə bir hadisə 2015-ci ilin iyul ayının 25-də Bakıda baş verib. Paytaxtın Xətai rayon sakini 2 yaşlı Ümüd Ağalı yaşadığı mənzilin eyvanından yıxılıb və yerindəcə dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol