Menu

Krımda ehtimal «terrorçular» saxlanıb - Krım tatarlarına qarşı təxribatdır?

12.05.2016, 17:32
Krımda ehtimal «terrorçular» saxlanıb - Krım tatarlarına qarşı təxribatdır?

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Krımın prokuroru Natalya Poklonskaya deyib ki, yarımadada terrorçuluqla əlaqəsi ehtimal olunan 4 nəfər saxlanıb. Həbslər Baxçasarayda həyata keçirilib.

Bununla yanaşı, terrorçu qruplaşmalarla əlaqəli bilinərək həbs olunan 4 nəfərin həbsinin «Krım-tatar xalqını nüfuzdan salmaq yönündəki kampaniya»nın bir hissəsi olduğu da deyilir. Bu barədə «ATR» krım-tatar telekanalının baş direktor müavini Ayder Mujdabayev «Exo Moskvı» radiosuna danışıb.

Mujdabayev qeyd edib ki, bu həbslər Krım tatarlarının əleyhinə yönəldilmiş genişmiqyaslı kampaniyanın yalnız bir hissəsidir.

Məlumat üçün bildirək ki, Natalya Poklonskaya Krımın həmin prokurorudur ki, yarımadanın Rusiya tərəfindən işğal olunmasından az sonra Ukrayna telekanallarından biri onun zənci ilə seks rolikini nümayiş etdirmişdi. O zaman Poklonskaya rolikin gerçəkdən də özünün arxiv materialı olduğunu etiraf edərək, demişdi: «Bu, doğrudan da mənim arxivimdəndir. Amma mən onu heç kimə verməmişəm və nümayiş etdirməmişəm».

Bu mülahizədən dolayı, istisna deyil ki, indi də Natalya xanımın gözü terrorçu adı ilə həbs etdirdiyi həmin 4 nəfərdən hansınasa birinə (və ya bir neçəsinə) düşüb...

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol