Menu

Vəzifəsindən kənarlaşdırılan Braziliya prezidenti hökuməti buraxdı

12.05.2016, 20:10
Vəzifəsindən kənarlaşdırılan Braziliya prezidenti hökuməti buraxdı

Braziliya prezidenti Dilma Russef ölkə hökumətinin buraxıldığını elan edib. Bu barədə Trend EFE agentliyinə istinadən xəbər verir.

Belə qərarı D.Russef bu gün Braziliya Senatı tərəfindən prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırıldıqdan sonra verib.

Yeni Nazirlər Kabinetinin formalaşması ilə Braziliyanın vitse-prezidenti Mişel Temer məşğul olub. D.Russef prezidentlik kürsüsündən müvəqqəti kənarlaşdırıldıqdan sonra M.Temer ölkə başçısı səlahiyyətlərini icra edəcək.

D.Russef "Perrobras" neft-qaz korporasiyasında korrupsiya cinayətlərinin araşdırılmasına mane olmaqda ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol