Bizlər də bir qədər təsəlli tapardıq...
Xəbər almışdım ki, yaxın günlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada (Avstriya) növbəti görüşü planlaşdırılır. Təbiidir ki, bu mövzu hər zaman olduğu kimi, indi də mənim diqqətimin lap mərkəzində yer alır. Nədən ki, mən özüm bu münaqişənin (erməni-rus təcavüzünün) qurbanlarından biriyəm və 23 ildir «məcburi köçkün» boyunduruğu altında inləyirəm...
Nə gizlədim, ötən «atəşkəs dövrü» boyunca hər dəfə «görüş» xəbəri alan kimi, içimdə bir arzu-yanğu baş qaldırırdı. Düşünürdüm ki, nə olardı, prezidentlər görüş otağına daxil olan zaman, Azərbaycan prezidenti əl vermək üçün ona yaxınlaşan kərtənkələ gözlü Sərkisyanın qulağının dibinə «yağlı» bir sillə ilişdirəydi?!
Ötən gecə arzuma qovuşdum, fəqət yuxuda! Gördüm ki...
ATƏT-in Minsk qruppasının «həmkolxoz sədrləri» vasitəçilik edib, bizim prezidentimizi Sərkisyanla görüşdürürlər ki, Qarabağ münaqişəsinin həlli yolları müzakirə olunsun. Təsəvvür edin - 3 nəfər vasitəçi addımlayır, bir yanlarında Azərbaycan, digər tərəfdə isə Ermənistan prezidenti. İri və nəfis işlənmiş bir qapıya yaxınlaşırlar - qapı o saat yumşaq ahənglə açılır. Beşlik içəri daxil olur...
Otağın mərkəzinə çatar-çatmaz, «həmkolxoz sədrləri» Azərbaycan və Ermənistan prezidentlərini xüsusi jestlə əl verib, görüşməyə dəvət edirlər. Tısbağa baxışlı Sərkisyan bir addım irəli çıxıb, prezidentimizə əl uzadır... və birdən, heç kimin gözləmədiyi möcüzə baş verir: Azərbaycan prezidenti İlham Əliyev sol əlini tolazlayıb, Sərkis nəvəsinin sağ qulağının dibinə möhkəm bir sillə ilişdirir - Sərkis nəvəsi kəsilmiş çürük ağac kimi döşəməyə sərilir. Şappıltı səsindən sanki hamı yerində donur! Ətrafdakılar özlərinə gələnə qədər Azərbaycan prezidenti yerə sərilmiş Sərkis nəvəsinin qabırğalarını verir təpik ağzına - vur ki, vurasan. Erməninin bağırtısı ətrafa yayılır. Onun murdar cəmdəyinə çırpılan hər təpik «it oğlu, it» sədası ilə müşayiət olunur...
Elə bu an digər bir «möcüzə» baş verir - Qarabağ cəbhəsi boyunca Azərbaycan ordusu bütün istiqamətlərdən, bütün növ ordu birləşmələri cəlb olunmaqla, hücuma keçir. Bu armada irəlilədikcə, yer-cöy lərzəyə gəlir!
Vyanada isə vəziyyət dəyişməyib - Sərkis nəvəsi hələ də döşəmədə qıvrılır. Birdən həmkolxoz sədrləri, mühafizəçilər və digər diplomatlar silkinib ayılırlar. Hamı Sərkis nəvəsinə doğru atılır - ağız-burnu qan içində olan dığanı qaldırıb, ayaqyoluna sürüyürlər. Azərbaycan prezidenti isə gülümsəyərək, «həmkolxoz sədrləri»nə deyir: «Bağışlayın, cənablar, bir qədər kəmhövsələlik elədim...». Həmsədrlər çaşbaş qalırlar. Prezidentimiz isə aramla öz mühafizəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha yönəlir...
Qarabağdan isə şad xəbər gəlir - ordumuz sürətlə irəliləyir və Xankəndinə yaxınlaşmaqdadır...
Tanrıdan istədiyim budur - təki bu yuxum çin olaydı!
Sizlər də dua edin, ey zavallı köçkünlər!


Şərhlər