Şamaxı rayonunda kənd orta məktəbinin müəllimindən yeddi aylıq hamilə qalan 9-cu sinif şagirdi Ayan Əliyeva (ad şərtidir-red.) da danışıb. Ölkə.az-a istinadən həmin müsahibəni təqdim edirik:
- Ayan, İbrahimov Elnuru nə vaxtdan tanıyırsan, hansı fəndən dərs keçirdi?
- Yeddinci sinifdən tanıyıram, bizə tarix dərsi keçirdi.
- Həmin dövrdən münasibətiniz var idi?
- Bir kənddə yaşamışıq, amma neçə ildir burada olmurdu. İki ildir ki, bu məktəbdə dərs keçirdi.
- Bəs yaxın münasibətiniz nə zamandan başladı?
- Elə o vaxtdan mənə diqqətlə baxdığını, nəzərinin üstümdə olduğunu hiss edirdim. Amma ciddiyə almırdım, deyirdim ki, yəqin müəllimdir də elə-belə baxır. Ona görə fikir vermirdim.
- Evdə valideynlərinə demişdin ki, mənə qəribə baxır, narahat oluram?
- Valideynlərimin qorxusundan evdə heç nə demədim.
- Bəs necə oldu ki, sənə olan münasibətini açıqladı?
- Sinifdə tək olanda gəlib istədiyini deyirdi. O nə deyirdisə, qarşı çıxırdım.
- İntim münasibətiniz sənin öz istəyinlə olmuşdu?
- Yox, məcburi oldu.
- Onun evindəmi, məktəbdəmi?
- Gecə idi, valideynlərim də evdə deyildi. Ayaqyoluna gedəndə qəfil arxadan ağzımdan tutdu. Qışqırmaq istədim, dedi ki, şəkilləri yadına sal.
- Nə şəkillər idi?
- Məktəbdə çəkmişdi. Məcburi, məni döyə-döyə çəkmişdi.
- Həmin fotolarda bədənin açıq şəkildə görünürdü?
- Bəli.
- Ondan sonra aranızda cinsi münasibət oldu?
- Ağrılarım var idi, xəstəxanaya getdim. Uşaq altı aylıq olana qədər heç nə hiss etmirdim.
- Axırıncı dəfə Elnurla nə vaxt danışmısan?
- Elə o vaxt.
- Sənin açıq-saçıq fotolarını məktəbdə çəkmişdi?
- Bəli. Sinifdə tək idim, içəri girdi, hədələdi, şillə ilə vurdu. Dedi ki, hər şey yaxşı olacaq, qiymətlərini düzəldəcəyəm. Şəkillər də onda çəkilmişdi.
- Neçə dəfə yaxınlığınız olub, yadındadır?
- Bircə dəfə olub. Elə onda da hamilə qalmışam.
- Valideynlərin sənin övladına sahib çıxırlarmı, özün nə düşünürsən?
- Uşağı neyləyirəm, cəhənnəm olsun uşaq. Mənə uşaq lazımdır? Elə özüm uşağam da.
- Valideynlərin nə deyir?
- Tutulmağını istəyirlər. Mənim də istədiyim odur ki, tutulsun.
- Səninlə evlənmək istəsə?
- Neyləyirəm onun mənimlə evlənməyini? Arvadını yanında saxlayıb, iki uşağı da var.
- Birdən ayrılsa necə?
- Razılaşmaram.
- Məktəbdən sonra telefonla danışırdınız?
- Xeyr, mənim telefonum olmayıb.
- Bu barədə polisə ifadə vermisən?
- Bəli.
- Üzləşdirilmisiniz?
- Xeyr.
_____
Şamaxıda müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalaraq 7 aylıq hamilə olan qızın atası da danışıb. Şagirdin atası Nəsimi Əliyevin (ad şərtidir) müsahibəsini təqdim edirik:
- Nəsimi bəy, məlum məsələ ilə bağlı haralara müraciət etmisiniz?
- Polis, prokurorluq, məhkəmə, Prezidentə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, Dövlət Təhlükəsizlik xidmətinin rəhbəri Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova, Respublika prokuroruna müraciət etmişəm.
- Sizin əsas tələbiniz nədir? Bu oğlanın həbs olunmağını istəyirsiniz, yoxsa qızınızla ailə qurmağını?
- Lazımi yerlərə sözümü demişəm. Ona ağır ciddi cəza verilməsə, özüm onu öldürəcəyəm.
- Qızınız indi haradadır?
- Bibisigildədir.
- Əvvəldən bu müəllimi tanımısınız?
- Hamı kimi mən də balamı məktəbə yollamışam.
- Orada göstərilir ki, yeddi aylıq hamilədir. Bu dövrə qədər siz bunu hiss etməmisiniz?
- Heç kim hiss etməyib. Kim istəyər ki, balası bu yola gəlib çıxsın.
- Amma hər halda yeddi aylıq hamiləliyi hiss etmək olardı. Bu qızdan savayı neçə övladınız var?
- Evdə xəstə anamdır, iki balaca övladım da var.
- Bu söhbətin üstü açılandan sonra qızınızı görmüsünüz?
- Anası görüb, mən yox. Anası dünən gəlib yanından.
- Oğlan desə ki, bu xanımla ailə qurmaq istəyirəm, bağışlayarsınızmı?
- Xeyr, o, mənim düşmənimdir. Onun atası və qohum-əqrəbası gəldi. Bizim başımızı yastığa qoydular ki, yoldaşını boşayıb, bu qızı alacaq. Mən də maraqlandım, arvadı da yanındadır, uşaqları da.
- Bu müəllimin neçə yaşı var?
- Otuzdan yuxarı olmalıdır.
- Şamaxıdandır, yoxsa, təyinatla gəlib?
- Qapı bir qonşumdur bu biqeyrət. Aramızda bir ev var. Çox pis ailədirlər.
- Atasıgil gəlmişdilər ki, guya qızınızla ailə quracaq?
- Yalandan gəlib ağlayıb, başımı yastığa qoyurdular. Amma yalan deyirmiş. Mən də nə zülmlə bala böyütmüşəm. İnsanın namusuna toxunmaq bilirsiniz də nə deməkdir?
- Aydın məsələdir. Ekspertiza rəy verib ki, qız bakirədir.
- Onu pulla elətdiriblər. Bu barədə də lazımi orqanlara şikayətimi vermişəm.
-------------------
Biabırçı olayda-şagirdin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimovun atası Həsənağa İbrahimov məsələ ilə bağlı Modern.az saytının suallarını cavablandırıb.
H.İbrahimov oğlunun günahkar olmadığı qənaətindədir:
“Hadisə ilə bağlı prokurorluqda cinayət işi açılıb, araşdırma gedir. Oğlum həmin gündən məktəbdəki işindən kənarlaşdırılıb. Həmin qız da məktəbi keçən il bitirib, yəni hazırda məktəb şagirdi deyil.
3 ekspertin rəyindən sonra həmin qızın bakirə olduğu meydana çıxıb. Mən hesab edirəm ki, bu mənim oğluma atılan şərdir. Amma əgər qərar verilərsə ki, günahkar oğlumdur, biz sinəmizi arxaya çəkmərik”.
H.İbrahimov oğlunun ailəli, 2 uşaq atası olduğunu bildirib:
“Onun evində də dava-dalaş düşüb. Biz həmin ailəylə qonşuyuq. Mən o ailəyə təklif etmişəm ki, hökumət desə “günahkar oğlundur”, mən qızı evimə gəlin gətirərəm”.
H.İbrahimov “axı sizin oğlunuz zatən ailəlidir, bu qızı hara aparacaqsınız” sualını “başqa çarəm qalmır, məhkəmə qərar verəndən sonra mən kiməm”,- deyə cavablandırıb.
H.İbrahimov həmçinin “ata olaraq oğlunuzla bu barədə danışmısınızmı, belə bir əməl törətdiyini boynuna alırmı” sulına belə cavab verib:
“Biz qonşuyuq, mənim oğlum deyir ki, qıza əl də vurmayıb. Prokurorluqda cinayət işi açılandan oğlum da, yoldaşı da işdən çıxarılıb. Hazırda Elnur polis bölməsindədir”.
Yayılan məlumatlara görə, Şamaxı rayonunun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi öz müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
____________
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Şamaxı məktəbində şagirdin hamilə qalması olayına münasibət bildirib. O, Modern.az-a açıqlamasında deyib ki, istintaq aparılır və indiki mərhələdə nəsə demək çətindir.
“Araşdırma aparılsın, ondan sonra bu haqda məlumat veriləcək”.
Şamaxı Rayon Təhsil Şöbəsi isə Modern.az-a bildirib ki, adı mətbuatda hallanan, şərti adı A. olan qız Pirbəhli kənd 9 illik kənd ümumi orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir.
Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimovla bağlı Şamaxı Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, o, 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, yayılan məlumatlara görə, Şamaxı rayonunun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi öz müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
Qeyd olunur ki, məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına maneçilik törədilib.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəliyi haqda rəy verib.
Şamaxı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə iş başlanılıb və hazırda araşdırmalar davam etdirilir.
------------------
Şamaxı Rayon Məhkəmə Tibb Ekspertizası Pirbəhli kənd sakinin başına gətirilən biabırçı olayla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib.
Məhkəmə tibb eksperti Məmməd Abdulrahibov AzNews.az-a açıqlamasında 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib: “Mən həmin şagirdlə bağlı rəyimi yazıb komissiyanın iştirakı ilə təqdim etdim. Rəydə bildirilir ki, şagird hazırda bakirədir. Ancaq şagirdə qarşı əxlaqsız hərəkətlər olunub. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb. Bu yolla hamilə qalmaq mümkündür. Qız bakirə olsa da, doğuşa az qalıb”.
Məktəblinin İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb-qalmamasına gəlincə M.Abdulrahibov bildirib ki, bu barədə məlumata malik deyil: “Qızın kimdən hamilə qalması artıq müstəntiq araşdırmasıdır”.
* * *

“Hazırda hüquq-mühafizə orqanlarında işə baxılır. Prokurorluğun müvafiq qərarından sonra nəticələr barədə geniş açıqlama veriləcək”.
Qurum rəsmisi təhsil naziri Mikayıl Cabbarovun məsələni nəzarətə götürdüyünü vurğulayıb: “Hazırda Şamaxı rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev Bakıda nazir Mikayıl Cabbarovun qəbulundadır. Hadisə necə olub, həkim hansı rəyi verib, bilmirəm...
Hazırda cənab nazirin göstərişinə uyğun olaraq, həmin məktəbə gedirəm. Məktəb direktoru və müəllimlərin, məktəbin həmkarlar təşkilatının izahatı alınacaq. Araşdırmalardan sonra nazirin göstərişinə uyğun qərar qəbul ediləcək”.
Qeyd edək ki, rayonun Pirbəhli kənd məktəbinin 9-cu sinif şagirdi müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb, onun hamiləliyin artıq 7-ci ayında olduğu bildirilir.
Məktəblinin valideynləri dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsələr də, cinayətin açılmasına E.İbrahimovun mane olduğu bildirilir.
Belə ki, müəllimin səyi nəticəsində Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibov 7 aylıq hamilə olan 15 yaşlı şagirdin bakirə olduğu haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir.


Şərhlər