Menu

Şamaxı Təhsil Şöbəsi şagird-müəllim qalmaqalı ilə bağlı açıqlama yayıb

13.05.2016, 17:12
Şamaxı Təhsil Şöbəsi şagird-müəllim qalmaqalı ilə bağlı açıqlama yayıb

Adı mətbuatda hallanan qız orta məktəbdən keçən il məzun olub

"Adı mətbuatda hallanan, şərti adı A. olan şəxs Pirbəhli kənd 9 illik kənd ümumi orta məktəbindən 2015-ci ildə məzun olub".

Bu barədə "Report"a Şamaxı Rayon Təhsil Şöbəsi bildirilib.

"O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir", - deyə, təhsil şöbəsindən əlavə olunub.

Qeyd olunub ki, bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib: "Bu səbəbdən, cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol