«Türkiyə hökumətində Avropa Birliyi ilə vizasız rejimin tətbiqi ilə bağlı ümidlər o qədər də böyük deyil».
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Birliyi üzrə nazir Volkan Bozkir bildirib. Bozkir bu qənaətə Brüsseldə Avropa Birliyi rəsmisi Yoqannes Xanla görüşdən sonra gəlib.
Nazirin sözlərinə görə, danışıqlar "dalana dirənib" və Avropa Birliyi məsələnin həlli üçün çıxış yolu tapmalıdır.


Şərhlər