FİFA Konqresi Kosovo Futbol Federasiyasının (KFF) quruma üzv qəbul olunmasının lehinə səs verib.
Virtualaz.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qərar FİFA-nın cümə günü Mexikoda keçirilmiş 66-cı konqresində qəbul olunub.
KFF 205 səsdən 141-ni əldə edib, 23 konqres üzvü buna qarşı çıxıb.
Beləliklə, Kosovo FİFA-nın 210-cu üzvü olub və Rusiyada keçiriləcək Dünya çempionatı-2018-in seçmə mərhələsində iştirak etmək hüququ əldə edib.
Xatırladaq ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımır.


Şərhlər