Menu

“Fənərbağça” AvroLiqanın finalına çıxdı - Ruslarla oynayacaq

14.05.2016, 11:00
“Fənərbağça” AvroLiqanın finalına çıxdı - Ruslarla oynayacaq

Türkiyənin “Fənərbağça” basketbol klubu Avropa Liqasının yarımfinalında qalib gələrək, finala yüksəlib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, “Fənərbağça” basketbol klubu İspaniyanın “Laboral Kutxa” klubuna artırma vaxtda 88-77 hesabı ilə qalib gəlib və türk basketbol tarixində bir ilkə imza atıb.

Bu qələbə ilə “Fənərbağça” Avropa Liqasında finala yüksələn ilk türk basketbol komandası olub.

“Fənərbağça” Avropanın bir nömrəli kubokuna sahib olmaq üçün sabah ÇSKA Moskva komandası ilə qarşılaşacaq.

Mayın 15-də keçiriləcək final mərhələsi İspaniyanın “Mercedes-Benz” basketbol arenasında axşam saatlarında baş tutacaq.

Xatırladaq ki, bundan öncə “Anadolu Efes” (“Efes Pilsen”) 2000-ci ildə Avropa Liqasında dörddə bir finala yüksəlsə də, finala çıxa bilməmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol