Hökümət rəsmiləri bildiriblər ki, onların gələcək taleyi barədə heç bir məlumat yoxdur.
Finlandiya təhlükəsizlik polisi 2,5 min qaçıqının qəbul məntəqələrindən yoxa çıxması faktını təsdiqləyib. Oxu.az TASS-a istinadən xəbər verir ki, hökümət rəsmiləri bildiriblər ki, onların gələcək taleyi barədə heç bir məlumat yoxdur.
“Hesab edirəm ki, çox təhlükəli vəziyyət yaranır: bizim bu insanlar haqda heç bir məlumatımız yoxdur. Biz onların buraya niyə gəldiklərini və hansı vəsaitə yaşadıqlarını bilmirik”, - MTV.fi telekanalına Sanna Palo polis departamentlərinin birinin rəisi deyib. O əlavə edib ki, ciddi təhlükə qaçqınların bəzilərinin saxta səndələ ölkə ərazisinə daxil olmalarıdır.


Şərhlər