Menu

Dərbənddə atışma: 2 polis əməkdaşı ölüb, 17-si ağır yaralanıb

14.05.2016, 21:51
Dərbənddə atışma: 2 polis əməkdaşı ölüb, 17-si ağır yaralanıb

Rusiya Federasiyasının tərkibində olan qədim Azərbaycan şəhəri Dərbənd şəhərində polislə silahlılar arasında atışma baş verib. ANS PRESS-in məlumatına görə, hadisə zamanı 2 polis əməkdaşı ölüb, daha 17-si isə ağır yaralanıb.

İlkin məlumata görə, mənzillərdən birində olan silahlı dəstə ilə atışma zamanı cinayət axtarış idarəsinin rəisi həlak olub. Digər ölən isə Tümendən gətirilmiş xüsusi təyinatlı olub. Evə hücüm zamanı xüsusi təyinatlı "SOBR" dəstəsinin bir üzvü yaralanıb.

“Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri xəstəxanaya yerləşdirildikdən sonra əməliyyat stolunda keçinib”, - deyə yerli xəstəxanadan bildirilib.

Dərbənd

Dərbənd

Bu gün günortadan başlayan atniterror əməliyyatının hələ davam etdiyi bildirilir. Ərazi tam olaraq polis və xüsusi təyinatlıların mühasirəsindədir.

Polis ehtimal edir ki, Dərbənd şəhərinin keçmiş başçısı Feliks Qazıəhmədovun atası, 82 yaşlı Hacıəhməd Qazıəhmədov öldürülməsində silahlıların əli var.  Hacıəhməd Qazıəhmədov mayın 9-da öldürülüb. Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, qətl hadisəsi səhər saatlarında baş verib. Qazıəhmədovun üzərində odlu silah yaraları aşkarlanmış cəsədi onun yaşadığı evdə tapılıb. Dərbəndin keçmiş başçısının atası əvvəllər şəhərdəki pedaqoji peşə məktəbinin direktoru vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol