Menu

XİN İrəvanın Qarabağla bağlı yeni iddiasına cavab verdi

14.05.2016, 22:20
XİN İrəvanın Qarabağla bağlı yeni iddiasına cavab verdi

Erməni mətbuatı iddia edir ki, Fransa  Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasını qeydə alınması üçün mexanizm yerləşdirilməsi ilə bağlı təkliflə çıxış edib.  ANS PRESS-in məlumatına görə,  bu barədə Ermənistanın “news.am” saytı "Haykakan Jamanak" istinadən bildirib.

Məlumatda iddia edilir ki, qəzet bu xəbəri diplomatik mənbələrdən əldə edib. Məlumata görə, Fransada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daxili müzakirələr zamanı təmas xəttində atəşin istiqamətini təyin edən cihazlarların yerləşdirilməsi təklif edilib. İddia edilir ki, Fransa cəbhə xəttində cihazların yerləşdirilməsini öz üzərinə götürməyə söz verib.

Qzəet yazır ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransa səfəri zamanı bu cəbhə xəttində faktaraşdırıcı  mexanizmlərin qurulması məsələsini müzakirə edib.

Həmçinin mənbə bildirib ki, Fransa uyğun olaraq təmas xəttinə mütəxəssislər göndərməyə hazırdır. Məqsəd tərəflər arasında sülh yaratmaqdır. Ancaq bu mütəxəssislər üç ölkəni təmsil etməlidir.

 Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və həmkarı Jan-Mark Ero arasında görüş

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və həmkarı Jan-Mark Ero arasında görüş

Ermənistan mətbuatında yayılan məlumatlara Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xəbəri şərh edərkən deyib: "Biz Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumatları şərh etmirik. Edvard Nalbandyanın Fransada nələri müzakirə etməsi də bizə məlum deyil. Bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, Ermənistan tərəfindən güc tətbiq edilərək Azərbaycan Respublikasının ərazisi işğal edilib və münaqişənin əsas səbəbi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdə mövcudluğudur. İnsidentlərin araşdırılması mexanzminə gəldikdə isə Azərbaycan dəfələrlə bəyan edib ki, bu yardımçı mexanizmə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər".

 

Hikmət Hacıyev - XİN-in mətbuat xidmətinin rəhbəri

Hikmət Hacıyev - XİN-in mətbuat xidmətinin rəhbəri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol