Menu

Merkelin ofisinə kəsilmiş donuz başı atdılar

15.05.2016, 15:55
Merkelin ofisinə kəsilmiş donuz başı atdılar

Polis müvafiq araşdırmalara başlayıb.

Almaniya kansleri Angela Merkelin vətəndaşlarla görüş keçirdiyi büronun qarşısına donuz başı atılıb. Ans press-in xarici mətbuata istinadən verdiyi məlumatına görə, polis əməkdaşları Merkelin seçkilərdə dəstəkləndiyi Ştralzunddaki bürosunun qarşısında səhər saatlarında donuz başı aşkar ediblər.

Neubrandenburq polisi, təxribatı törədənlərin Merkel üçün mesaj da qoyduqlarını bildiriblər. Ancaq mesajda nə yazıldığı haqda açıqlama verilməyib.

Kəsilmiş donuz başını əraziyə kimin qoyduğunu müəyyənləşdirmək üçün araşdırmalara başlanılıb.

"Stern Online" portalı Angela Merkelə qarşı edilən bu hərəkətə görə, polis tərəfindən “təhqir” maddəsi ilə cinayət işi açıldığını yazıb.

Merkel 1990-cı ildən başlayaraq Ştralzund bölgəsindən namizədliyini irəli sürür və hər dəfə də elə ilk turda qalib gəlir.

bənzər hadisə on gün əvvəl də Avstriyanın Steiermark əyalətinin paytaxtı Qrazda baş verib. Tikintisi davam edən minarəli məsciddə iki donuz başı tapılıb.

Qraz İslam Mədəniyyət Mərkəzinin sözçüsünün məlumatına görə, şəxsiyyəti naməlum 3 adam tikintisi davam edən minarəli məscidə kəsilmiş iki dənə donuz başı qoyub aradan çıxıblar.

Dərhal polisə xəbər verdiklərini bildirən sözçü 1 şübhəlinin polis tərəfindən yaxalandığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol