Menu

Baş nazirimiz Gürcüstanda

16.05.2016, 10:59

artur_rasizade_230715Azərbaycanın baş naziri Artur Rasizadənin mayın 16-da Gürcüstana səfəri başlayıb.

Şota Rustaveli adına Tbilisi beynəlxalq aeroportunda Artur Rasizadəni Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi Tbilisidə keçiriləcək “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməkdir.

Səfər çərçivəsində A.Rasizadənin Gürcüstanın dövlət və hökumət rəhbərləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol