Menu

LifeNews-un baş redaktoru işdən çıxarıldı

16.05.2016, 11:52
LifeNews-un baş redaktoru işdən çıxarıldı

LifeNews telekanalının baş redaktoru Andrey Mikheev vəzifəsindən gedib. Bu barədə RNS agentliyinə o özü və News Media holdinqinin direktor müavini Anatoliy Suleymanov məlumat verib. Mikheevin yerini Sankt Peterburqdakı Life78 telekanalının baş redaktoru İlya Melehin tutacaq.

Mikheev 2016-cı ildə LifeNews-un baş redaktoru təyin olunub. Holdinqin rəhbəri Aram Gabrelyanov deyirdi ki, kadr islahatları “böyük dəyişikliklər”lə bağlıdır.

LifeNews 2008-ci ildən mövcuddur, kabel şəbəkələri, peyk və internet üzərindən yayım aparır. News Media holdinqinə isə “İzvestisiya” qəzeti, LifeNews telekanalı, Life.ru portalı, “Jizn” qəzeti və digər şirkətlər daxildir. /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol