Menu

Poroşenko Camalaya “Ukraynanın xalq artisti” adı verib

16.05.2016, 22:02
Poroşenko Camalaya “Ukraynanın xalq artisti” adı verib

Prezident Petro Poroşenko “Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya “Ukraynanın xalq artisti” adı verib.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi Svyatoslav Tseqolko bildirib.

Bundan əvvəl P. Poroşenko Camalanı “Eurovision-2016” mahnı müsabiqəsində qalib gəlməsi münasibəti ilə təbrik etmişdi. “Möhtəşəm çıxış və qələbə! Camala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!”, -deyə Poroşenko səhifəsində paylaşıb.

Qeyd edək ki, Ukrayna təmsilçisi xalla “Eurovision 2016” mahnı müsabiqənin qalibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol