Menu

İyunda prezidentlərin növbəti görüşünün vaxtı və yeri razılaşdırılacaq

17.05.2016, 09:27
İyunda prezidentlərin növbəti görüşünün vaxtı və yeri razılaşdırılacaq

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan cari ilin iyun ayında növbəti görüşün vaxtını və yerini razılaşdıracaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə parametrlərin müzakirəsini davam etdirəcəklər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"İyunda Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşün vaxtını və yerini razılaşdıracaqlar və Dağlıq Qarabağ probleminin yekun olaraq həlli parametrlərini razılaşdırmaq üzrə işi davam etdirəcəklər", — deyə Lavrov Vyana görüşünün yekununda bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol