NİDA Vətəndaş Hərəkatının üzvlərinin apellyasiya şikayətinə baxılacaq.
Bu haqda Modern.az saytına NİDA-çıların hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.
O bildirib ki, hər iki şəxsin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq: “Bayram Məmmədovun həbsindən verdiyim şikayətə hakim Qədim Babayev tərəfindən, Qiyas İbrahimovun həbsindən verdiyim apellyasiya hakim Faiq Qasımov tərəfindən baxılacaq”. Vəkil məhkəmənin bu gün və ya sabaha təyin olunacağını açıqlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.
“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.


Şərhlər