Menu

Sarkisyanın mətbuat xidməti Vyana görüşündən danışdı

17.05.2016, 12:18

Sergey-Lavrov-Ilkham-Aliev-i-Serzh-Sargsyan-podtverdili-priverzhennost-dialogu"ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəlinib"

Qarabağ münaqişəsi ərazisində atəşkəs rejiminin möhkəmləndirilməsinə dair sazişlər ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərlərinin iştirakı ilə keçirilən Ermənistan və Azərbaycan prezidentlərinin Vyana görüşünün yekunlarına görə əldə edilib. Oxu.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ərazisində yaranmış gərgin vəziyyətdən çıxış yolları müzakirə edilib.

“ATƏT-in MQ həmsədr ölkələrinin nümayəndələri 1994-cü və 1995-ci ildə əldə edilmiş atəşkəs rejiminə dair razılığa riayətin mütləq olduğunu təsdiq ediblər”, - məlumatda deyilir.

“Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”, - mətbuat xidmətinin məlumatında deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol