Menu

Musiqi məktəbinin direktoruna töhmət verildi

17.05.2016, 12:58
Musiqi məktəbinin direktoruna töhmət verildi

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 4 saylı uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.

Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.

"İntizam tənbehlərinin verilməsi idarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır", - idarənin məlumatında əlavə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol