Menu

Ruhanidən Qarabağ açıqlaması

17.05.2016, 17:32
Ruhanidən Qarabağ açıqlaması

İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhani Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərməyə hazır olduqlarını bildirib.

“Report”un xəbərinə görə, Azərbaycan Respublikasının İİR-dəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edən H.Ruhani atəşkəsin qorunacağına ümid etdiyini söyləyib.

O, İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Gürcüstan əməkdaşlığının ölkələrimizlə yanaşı, regionun mənafelərinə xidmət etdiyini vurğulayıb. İran prezidenti bölgədəki münaqişələrin region ölkələrinin iştirakı və əməkdaşlığı çərçivəsində sülh yolu ilə həllinin zəruriliyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol