Menu

"Türkiyə hökuməti TAP və TANAP-a sonadək dəstək verəcək" - Berat Albayrak

17.05.2016, 18:07
"Türkiyə hökuməti TAP və TANAP-a sonadək dəstək verəcək" - Berat Albayrak

"Türkiyə hökuməti TAP və TANAP layihələrinə sona qədər dəstək göstərməkdə davam edəcək".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Yunanıstanın Soloniki şəhərində keçirilən TAP-ın təməlqoyma mərasimində çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib.

Nazir qeyd edib ki, TANAP və TAP təhlükəsiz transmilli dəyər zəncirinin yaranmasında yeganə yoldur: "Bu yol vasitəsilə əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində rəqabətli, dinamik, səmərəli və davamlı enerji bazarlarına sahib olmaq mümkün olacaq. Türkiyə təchizat diversifikasiyasını, o cümlədən enerji təhlükəsizliyini gücləndirmək üçün bütün iqtisadi layihələri müzakirə etməyə hazırdır".

Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov isə deyib ki, TAP Avropa ölkələrinə nəinki enerji mənbələrini, habelə marşrutlarını diversifikasiya etmək imkanı yaradır: "Bu layihə Avropa ölkələrinə enerji təhlükəsizliyi məsələsində ciddi dəstək verəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol