Menu

Əhali 4 ayda faizlərin ödənilməsinə 372 mln. manat xərcləyib

17.05.2016, 18:21
Əhali 4 ayda faizlərin ödənilməsinə 372 mln. manat xərcləyib

2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9% artaraq 13789,5 mln. manata çatıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,6%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib. Başqa sözlə, hesabat dövründə əhali kreditlər üzrə faizlərin ödənilməsinə 372,317 mln. manat xərcləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol