Menu

Camala Rusiya vətəndaşlığından - İmtina etdi

17.05.2016, 19:48
Camala Rusiya vətəndaşlığından - İmtina etdi

“Eurovision” mahnı müsabiqəsinin builki qalibi, Krım tatar əsilli ukraynalı Camalaya Rusiya vətəndaşlığını qəbul etmək və Krıma köçmək təklif edilib.

Camala bu təklifə rədd cavabı verərək əlavə edib ki, onun artıq başqa vətəndaşlığı var.

“Yox, sağ olun. Mənim vətəndaşlığım var və başqası lazım deyil”, - müğənni keçirdiyi mətbuat konfransında belə deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Camalaya Ukraynanın xalq artisti fəxri adını verib.

Virtualaz.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol