Menu

​"Traktor Sazi" Çempionlar Liqasında ilk 1/8 final matçından məğlub ayrılıb

17.05.2016, 23:06
​"Traktor Sazi" Çempionlar Liqasında ilk 1/8 final matçından məğlub ayrılıb

Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliklərinin Əl Nəsr klubuna uduzub

Cənubi Azərbaycanın "Traktor Sazi" klubu Asiya Çempionlar Liqasında ilk 1/8 final matçına çıxıb. "Report"un məlumatına görə, Təbriz təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nəsr" klubu ilə üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. "Traktor Sazi"nin yeganə qolunun müəllifi braziliyalı Avqusto Sezar dos Santos Moreyra olub. Cavab görüşü mayın 24-də Təbrizdə keçiriləcək.

Qeyd edək ki, "Traktor Sazi" 1/8 finala C qrupunun qalibi, "Əl Nəsr" A qrupunun 2-cisi kimi çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol