Menu

"İran-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafı üçün tərəflərin ciddi iradəsi var" - Həsən Ruhani

17.05.2016, 23:28

hesen ruhaniAzərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov İran prezidenti Həsən Ruhaniyə etimadnaməsini təqdim edib.

APA-nın Tehran bürosunun məlumatına görə, prezident Ruhani görüş zamanı qeyd edib ki, bu gün İran-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafı üçün tərəflərin ciddi iradəsi var: “İki ölkə rəsmilərinin səyi ilə müştərək əməkdaşlıqda sıçrayış olmalıdır”.

H. Ruhani sanksiyaların ləğvindən sonra yaranmış imkandan hər iki ölkənin səmərəli istifadə etməsinin zəruriliyini vurğulayıb: “İki ölkə arasında çoxlu layihələr və razılaşmalar var ki, onların icrası və təkmilləşdirməsi Azərbaycan və İran arasındakı münasibətləri daha da möhkəmləndirə bilər”.

“Regiondakı problemlər, o cümlədən, terrorçuluq kimi problemlər bütün ölkələrin əməkdaşlığı ilə öz həllini tapmalıdır”, - deyə Ruhani bildirib.

Azərbaycanın Tehrandakı səfiri B. Hüseynov öz etimadnaməsini təqdim edərək bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr həmişə möhkəm köklərə və qarşılıqlı əməkdaşlığa söykənib: “İranın dostluğu və dəstəyinə heç vaxt şübhə ilə yanaşmamışıq. Tehran və Bakı arasındakı əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə inkişafı, hər iki ölkənin və hər iki xalqın xeyrinədir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol