Rusiya KİV-nin yaydığı məlumata görə, bu ölkənin dövlət bankları Ukraynanın maliyyə bazarını tərk etməyi qərara alıblar («Exo Moskvı»).
Söhbət, «Sberbank», «VTB»bank və «Vneşekonombank»dan gedir. «İzvestiya» qəzetinin yazdığına görə, onların hər üçü özünə məxsus strukturları satmağı qərara alıb.
«VTB»-nin başçısı Andrey Kostin bəyan edib ki, banklar qrupu Ukraynada böyük itkilər verir və burada biznesin inkişaf perspektivləri görünmür.
Bundan başqa, Kostinin sözlərinə görə, Ukraynada banklar qrupunun əmlakına yönəlik vandalizm halları nadir olaylar sırasında deyil.
AzPolitika.info


Şərhlər