Menu

Azərbaycanda kişi arvadını bıçaqladı

18.05.2016, 15:25

BicaqHadisə baş verən vaxt Eldar Abbasov sərxoş olub.

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Ər aralarında yaranan şəxsi mübahisə zəminində arvadını bıçaqlayıb. Abşeron Rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Şəhər sakini 1969-cu il təvəllüdlü Eldar Abbas oğlu Abbasov aralarında yaranan mübahisə zəminində arvadı 1970-ci il təvəllüdlü Gülnarə Abbasovaya çoxsaylı bıçaq xəsarətləri endirib. Xəsarət alan qadın dərhal xəstəxanaya çatdırılıb və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hadisə baş verən vaxt Eldar Abbasov sərxoş olub və həyat yoldaşı ilə mübahisə edib. Mübahisə qızışdıqda isə sərxoş kişi bıçağa əl atıb.

"Mübahisə qızışan zaman sərxoş kişi bıçağa əl atıb".

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb və artıq hadisəni törədən ər tutulub.

Eldar Abbasovun təqsiri sübuta yetirildiyi təqdirdə onu üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Bir neçə gün əvvəl Cəlilabadda da oxşar hadisə baş verib. Rayonun Maşlıq kənd sakini 1967-ci il təvəllüdlü Vaqif Əliyev aralarında yaranan şəxsi mübahisə zəminində həyat yoldaşı 1987-ci il təvəllüdlü Aygün Soltanovaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə şəhərin Heydər Əliyev Seyrəngahı ərazisində baş verib. Ağır bədən xəsarətləri alan qadın dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə qısqanclıq zəminində baş verib.

Yerli polisin həyata keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni törədən əvvəllər bir neçə dəfə məhkum olunmuş Vaqif Əliyev tutularaq istintaqa təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol