Menu

"Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır" - ABŞ səfiri

18.05.2016, 18:56
"Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır" - ABŞ səfiri

Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Bunu Trend-ə ABŞ-ın NATO yanındakı səfiri Duqlas Lyut deyib.

O bildirib: "Biz alyansın tərəfdaşı kimi Azərbaycanın töhfəsini yüksək qiymətləndiririk. Biz Azərbaycanın koalisiyada iştirakını alqışlayırıq".

D.Lyut qeyd edib ki, NATO Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 20-də Brüsseldə keçiriləcək Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF) iştirak edən ölkələrin xarici işlər nazirlərinin iclasına qatılmasını səbirsizliklə gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol