Menu

42 yaşlı kişi çayda batdı

19.05.2016, 11:44

suda bogulan usaq_420x250Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Rayon Prokurorluğundan Ans press-ə verilən məlumata görə, Mulux kənd sakini 1974-cü il təvəllüdlü Kamal Rəhman oğlu Kərimli Girdiman çayının Namazkənd kəndi ərazisindən keçən hissəsində çayın kənarı ilə gedərkən ayağı sürüşüb və çaya düşüb. Onun çiynində ağır çanta olduğuna görə və suyun axarı güclü olduğu üçün 42 yaşlı kişi çaydan çıxa bilməyib və batıb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və Kamal Kərimlinin cəsədi səhər saat 05 radələrində batdığı yerdən 10 km aralıda tapılıb və çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol