Ukrayna müsabiqə üçün pulu olmadığını açıqlayıb.
Ukrayna Azərbaycan kimi "Eurovision" mahnı müsabiqəsini keçirmək imkanına malik deyil. Ans press-in məlumatına görə, bu barədə Ukraynanın infrasturtur nazirinin müşaviri Yanika Merila bildirib.
Onun sözlərinə görə, "Eurovision-2017" mahnı müsabiqəsi üçün Ukraynada yeni zal tikilməyəcək. Futbol üzrə 2012-ci il Avropa çempionatı üçün tikilən mövcud infrastrukturlardan, binalardan istifadə olunacaq.
"Ukrayna "Eurovision-2017" üçün 10 milyon dollar xərcləməyi düşünür"
Nazir müşavirinin fikrincə, əsas maliyyə yükü iştirakçı ölkələrinin sponsorları üzərinə düşməlidir. "Əlbəttə, biz bu yarışmanı Azərbaycan kimi keçirə bilərik, bunun üçün bizə çox pul - 50 milyon dollar lazım olacaq. Yaxud, yarışma Estoniyadakı kimi baş tuta bilər - cəmi 8 milyon avroya. Biz düşünürük ki, Ukraynada keçiriləcək "Eurovision-2017" mahnı yarışması bizə 10 milyon dollara başa gələcək".
Onun sözlərinə görə, "Eurovision" Ukraynanı beynəlxalq aləmdə təkcə müharibə ərazisi kimi deyil, onun başqa tərəflərini də nümayiş etdirmək üçün əla şansdır. "Bu müsabiqə ilə biz dövlətimizin sabit və inkişaf etdiyini və burada geniş imkanlara malik turizmin olduğunu nümayiş etdirə biləcəyik".
Merilanın fikrincə, "Eurovision-2016" mahnı müsabiqəsində Camalanın qələbə qazanması siyasəsi hadisələrlə bağlı olub. Onun sözlərinə görə, münsiflər heyətinin və tamaşaçıların səsvermə Ukrayna ətrafında baş verən hadisələrə əsaslanıb.
Mayın 14-də İsveçin paytaxtı Stokholmda keçirilən "Eurovision-2016" mahnı müsabiqəsində Ukrayna təmsilçisi Camala qalib gəlib. Onun ifa etdiyi “1944” adlı mahnı 534 səs toplayıb.
"Eurovision - 2016"nın qalibi Ukrayna oldu
Ukrayna təmsilçisinin ifa etdiyi “1944” adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir.
Müsabiqədə 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub.
"Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.


Şərhlər