Menu

Ermənistanda KTMT xüsusi təyinatlılarının təlimi keçiriləcək

19.05.2016, 14:59
Ermənistanda KTMT xüsusi təyinatlılarının təlimi keçiriləcək

Mayın 24-26-da Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi təyinatlı çevik reaksiya qüvvələrinin “Kobalt-2016” adlı təlimləri keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, təlimlər “Baqramyan” təlim mərkəzinin bazasında keçiriləcək. Təşkilatın baş katibi Nikolay Bordyuja təlimləri izləyəcək.

Hərbi və hərbi-nəqliyyat təyyarələrinin də cəlb olunacağı təlimlərə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxili işlər orqanlarının xüsusi bölmələri qatılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol