Faktla bağlı Binəqədi RPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Bakıda avtobus piyadanı vuraraq öldürüb. Hadisə Binəqədi rayonunda qeydə alınıb. Rayonun Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, Binəqədi qəsəbəsində Abşeron rayon sakini Əliyoldaş Dadaşov idarə etdiyi 10 –TG – 551 dövlət nömrə nişanlı “Daewoo” markalı 155 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini 1970-ci təvəllüdlü Arif Ziyadovu vurub.
Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi RPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
İki avtobus toqquşdu, arada qalan piyada öldü
Ölkə ərazisində ötən gün də marşrut avtobusu ölümə səbəb olub. Bakı-Sumqayıt magistral yolunda Abşeron rayonunun Saray qəsəbəsində Sumqayıt şəhər sakinləri Tofiq Haqverdiyevin idarə etdiyi "Ford" və Zabil Əsədzadənin idarə etdiyi "Mitsubishi" markalı sərnişin avtobusları paytaxt istiqamətində hərəkətdə olarkən toqquşublar. Qəza nəticəsində Z.Əsədzadə idarəetməni itirdiyindən yolun kənarında avtobus gözləyən Abşeron rayon sakini 1967-ci il təvəllüdlü Minə Qardaşxan qızı Əmiraslanovanı vurub. 49 yaşlı qadın aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə magistralın 21-ci kilometrliyində Saray polis postunun yaxınlığında qeydə alınıb.
Paytaxtda piyadanın ölümü ilə nəticələnən sonuncu qəza ötən gün gecə saatlarında Nizami rayonu ərazisində baş verib. Bakı şəhər sakini Vadim Gülməmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Lətifə Əliyevanı vurub. Xəsarət alan qadın qadın hadisə yerində ölüb.
Faktı Nizami polisi araşdırır.

Şərhlər