Menu

​Türkiyədə partlayış: bir əsgər şəhid olub, 8-i yaralanıb

19.05.2016, 17:09

terror-partlayishHadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib

Türkiyənin Nusaybin bölgəsinin Yenişehir məhəlləsində terrorçu PKK qruplaşmasının qazdığı çuxurlardakı əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 9 əsgər yaralanıb. "Report"un Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, yaralılardan 3-nün vəziyyəti ağırdır.

Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralılardan biri hospitalda həyatını itirib.

Məlumata görə, hadisə əsgərlərin terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol