Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov vəzifəsindən azad edilib. Mehman Sadıqov APA-ya açıqlamasında xidmətin rəisi Mədət Quliyevin əmri ilə PX-nin “Cəmiyyət və cəza” jurnalının baş redaktoru - şöbə rəisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Hələlik İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunmayıb.
***
Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov işdən çıxarılıb.
Bu haqda məlumatı “Axar.az”a Pentensiar Xidmətdən bildirdilər. Qeyd olundu ki, Mehman Sadıqovun vəzifəsinin icrasına Novruz bayramından öncə xitam verilib: “Hələlik onun yerinə yeni təyinat yoxdur. Hazırda vəzifəsini İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları həyata keçirir. Mehman Sadıqovun yerinə kimin təyin ediləcəyi isə məluma deyil”.
Mehman Sadıqov “Axar.az”a açıqlamasında faktı təsdiqlədi və bildirdi ki, o, “Cəmiyyət və cəza” jurnalının baş redaktoru vəzifəsinə təyin olunub: “Yəni mən bir şöbədən digər şöbəyə keçirilmişəm, işdən getməmişəm”.

Şərhlər