Menu

NATO mənzil-qərargahını dəyişir

20.05.2016, 13:21
NATO mənzil-qərargahını dəyişir

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, gələn ilin əvvəlində NATO 1 milyard avroya başa gəlmiş yeni mənzil-qərargahına köçəcək. Bu barədə jurnalistlərə alyansın mənzil-qərargahından məlumat verilib (TASS).

«Biz hesab edirik ki, köçmə gələn ilin əvvəlində baş tutacaq, amma çətin ki, bu, yanvarda olsun» - deyə, alyansdakı məmur qeyd edib. O, izah edib ki, bu proses mərhələli xarakter daşıyacaq və artıq yaxın vaxtdarda başlanacaq.

NATO-nun yeni tikilən kompleksi hazırkı mənzil-qərargahla üzbəüz - «Üçüncü Leopold» bulvarının o biri tərəfində yerləşir. O, şüşədən tikilmiş nəhəng yarımdairə şəkilli kompleksdir və 41 hektar ərazini əhatə edir. Tikilinin ofis sahəsi 245 min kvadrat metr təşkil edir.

Kompleksdə 28 missiya yerləşəcək. Perspektivdə isə - Çernoqoriyanın alyansa üzvlüyə qəbul olunması barədə protokolun ratifikasiyasının başa çatmasından sonra missiyaların sayı 29 olacaq. Üstəlik də burada 19 tərəfdaş dövlətin missiyası yer alacaq. Binada eyni vaxtda 4 min nəfərdən artıq insan çalışacaq.

Kompleksin smeta dəyəri 1 milyard avrodur. Yeni mənzil-qərargahın tikilməsinə 1999-cu ildə qərar verilib, tikinti işlərinə isə 2010-cu ildə başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol