Menu

​Türkiyədə terrorçu hücumu: bir nəfər şəhid olub, 8 əsgər yaralanıb

20.05.2016, 15:54
​Türkiyədə terrorçu hücumu: bir nəfər şəhid olub, 8 əsgər yaralanıb

Türkiyənin Mardin əyalətinin Artuklu rayonunun Bağlıca kəndinə terrorçu PKK qruplaşması silahlılarının hücumu nəticəsində kəndin keçmiş icra başçısı, könüllü qoruyucu şəhid olub, 8 əsgər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, əsgərlər hadisə yerinə gedərkən yaralanıb. Onların olduğu avtomobil kənd yoluna döşənmiş minaya düşüb.

Məlumata görə, hücum edən terrorçuların zərəsizləşdirliməsi üçün irimiqyaslı əməliyyat keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol