AzRolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Pakitsanın Baş naziri Nəvaz Şərif dövlət (hökumət) idarələrinin işini urdu dilinə keçirməyi tələb edib.
İndiki vəziyyətə, urdu dili ingilis dili ilə bir sırada Pakistan İslam Respublikasının rəsmi dilidir. Hökumət başçısının bəyanatına istinadla, bu barədə məlumatı Pakistanın «Associated Press of Pakistan» informasiya agentliyi yayıb.
«Artıq yaxın vaxtlarda Pakistanın bütün nazirliklərinin və idarələrinin öz fəaliyyətləri zamanı, ölkəmizin konstitusiyasında nəzərdə tutulduğu kimi, yalnız urdu dilindən istifadə etmələri qaçılmazdır» - deyə, Şərif qeyd edib.
Məlumat üçün bidirək ki, urdu Pakistanın dövlət dili və eyni zamanda, Hindistanda işlənən əsas ədəbi dillərdən biridir. O, hind-avropa dilləri qrupuna daxildir. Bu dil, tərkibində fars və ərəb sözlərinin bolluğu ilə seçilir.

Şərhlər