Menu

Davudoğlu istefasının səbəbini - Açıqladı

22.05.2016, 16:31

davudoglu_11015Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayında partiyadakı rəhbər vəzifəsini təhvil verən Əhməd Davudoğlu çıxış edib.

Davudoğlu çıxışında partiya rəhbərliyindən hansı səbəbə görə istefa etdiyini açıqlayıb:

“AKP hərəkatının zərər görə biləcəyindən narahat olduğum üçün istefa verdim. Türkiyənin demokratiya tarixində ən yüksək seçici səsini əldə etdik. Ölkədəki seçicilərin 54-55 faizi, yəni 24 milyon insan bizə səs verdi. AKP əsla bir zümrənin, bir klanın partiyası olmayıb. AKP-ni sıradan bir partiyadan da önə apararaq millət hərəkatı edən də bu amildir”.

Lent.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol