Menu

Emoməli Rəhmonun ömürlük prezident oldu

22.05.2016, 19:07
Emoməli Rəhmonun ömürlük prezident oldu

Yaş senzinin endirilməsi prezidentin oğlu Rüstəm Emoməlinin 2020-ci ildə 33 yaşında prezidentliyə namizəd olmasına imkan verəcək

Tacikistan konstitusiyasına dəyişikliklərlə bağlı referendum baş tutmuş elan edilib. Yerli vaxtla saat 12.00-adək əhalinin 66,6 faizi səs verib. Musavat.com RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzadə bildirib.

Konstitusiyaya görə, referendumun tanınması üçün seçicilərin 50 faizində çoxu iştirak etməlidir.

Vətəndaşlar referendumda ölkə konstitusiyasına dəyişikliklərə münasibət bildirirlər. Söhbət 41 dəyişiklikdən ibarət layihədən gedir. Onların arasında hazırkı prezident Emoməli Rəhmonun prezidentlik müddəti üçün məhdudiyyətlərin götürülməsi, eləcə də, prezidentliyə namizədlər üçün yaş senzinin 35-dən 30-a endirilməsi də var. Bundan başqa, milli və ya dini əsaslarla partiyaların yaradılması və siyasi partiyaların xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi də nəzərdə tutulur.

Yaş senzinin endirilməsi fəaliyyətdə olan prezidentin oğlu Rüstəm Emoməlinin 2020-ci ildə 33 yaşında prezidentliyə namizəd olmasına imkan verəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol